RU

Ukrayna XİN rəhbəri Marko Rubio ilə telefon danışığı aparıb

Tərəflər yaxınlaşan Ukrayna-ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Sibiqa “X” platformasındakı paylaşımda bildirib.

Tərəflər yaxınlaşan Ukrayna-ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.

“Ukrayna müharibənin sona çatmasını istəyir və ABŞ-nin liderliyi daimi sülhün əldə olunmasında vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı irəlilətmək yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri vurğulayıb.

Избранный
21
5
operativmedia.az

8Источники