RU

Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Amerika və Kanada arasında sərhədi müəyyən edən müqaviləni etibarlı saymadığını bildirib və ona yenidən baxılmasını istəyib.

Korrespondent.az “The New York Times”a istinadla xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo ilə söhbətlərinin birində Tramp razılaşmanı etibarlı hesab etmədiyini bildirib, lakin heç bir əlavə izahat verməyib.

Söhbət 1908-ci ildə bağlanan və ABŞ ilə o zaman hələ Britaniya dominionu olan Kanada arasında beynəlxalq sərhədi təyin edən müqavilədən gedir. Bundan əlavə, Tramp bir sıra beynəlxalq müqavilələrlə tənzimlənən göl və çaylardan birgə istifadəyə dair sazişlərə də yenidən baxmaq niyyətində olduğunu bildirib.

Kanada rəsmiləri Trampın Kanada ilə bağlı əvvəlki açıqlamalarını nəzərə alaraq son açıqlamaları ciddi qəbul edib. Belə ki, o, daha əvvəl açıq şəkildə iqtisadi təzyiq vasitəsilə Kanadanı “diz çökdürmək” istədiyini bəyan etmişdi.

Bu yaxınlarda isə Tramp Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ehtimalını da vurğulayıb, lakin ölkəni hipotetik şəkildə ABŞ-yə birləşdirmək üçün hərbi gücdən istifadə etməyi düşünmədiyini açıqlayıb.

Избранный
38
6
korrespondent.az

7Источники