RU

Tramp: Mən olmasaydım Ukraynada sülhə nail olmaq şansımız olmazdı

ABŞ prezidenti Donald Tramp deyib ki, onun iştirakı olmasaydı, “Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün heç bir şans olmazdı”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Amerika lideri əmindir ki, Rusiya və Ukrayna vəziyyətin həllinə və hərbi əməliyyatların dayandırılmasına sadiqdir.

“Düşünürəm ki, mən prezident olmasaydım, bu müharibənin həll olunma şansı olmazdı. Amma düşünürəm ki, biz bir həllə nail olacağıq və onu dayandıracağıq”, – deyə o vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, Avropa ölkələrinin Ukrayna münaqişəsini necə bitirmək barədə heç bir fikri yoxdur, eyni zamanda o, sülh yolu ilə nizamlanmaya nail olmağı bildiyinə inanır.

Избранный
17
50
nocomment.az

10Источники