RU

Xameneiyə razılaşma üçün məktub göndərdim -Tramp

ABŞ Prezidenti Donald Tramp, İran lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı razılıq əldə etmək üçün məktub göndərdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "Fox Business Network"ə müsahibəsində Tramp, dünən İran liderinə məktub ünvanladığını və Tehranla nüvə proqramı mövzusunda razılığa gəlmək istədiyini bildirib.

“Əgər İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İran nüvə silahına sahib ola bilməz. Başqa seçimlər də var”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, O, keçən ay İranın nüvə silahına sahib olmaması lazım olduğunu bildirərək, Vaşinqtonun əsas məqsədinin İranın inkişafına imkan verəcək nüvə sazişi olduğunu qeyd etmişdi.

Kənan YUSİF 

Избранный
34
1
redaktor.az

2Источники