RU

Ukrayna XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Sibiqa “X” platformasındakı paylaşımda bildirib.

Tərəflər yaxınlaşan Ukrayna-ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.

“Ukrayna müharibənin sona çatmasını istəyir və ABŞ-nin liderliyi daimi sülhün əldə olunmasında vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı irəlilətmək yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri vurğulayıb.
Избранный
12
5
sherg.az

8Источники