RU

Məhbus analar övladları ilə görüşdü - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilib.

Milli.Az xəbər verir ki, məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.

Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.

Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı master-klass keçirilib.

Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
42
8
milli.az

10Источники