“Fənərbaxça”nın məğlubiyyətinə üzülən azarkeş oyun zamanı infarkt keçirərək ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Ankarada çalışan müəllim Kerim Kara “Fənərbaxça”- “Reyncers” oyununda infarkt keçirərək stresdən dünyasını dəyişib.
Belə ki, UEFA Avropa Liqasının final mərhələsinin ilk matçında “Fənərbaxça” Şotlandiya liqa təmsilçisi “Reyncers”ə 3:1 hesabı ilə məğlub olub.
Ankaranın Altındağı səmtindəki Şükrü Can Kayadibi orta məktəbində riyaziyyat müəllimi işləyən 35 yaşlı Kerim Kara dünən gecə evdə “Fənərbaxça” – “Qlazqo Reyncers” matçını pis hesabla izləyərkən infarkt keçirib.
Xəstəxanaya aparılan müəllimi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az