RU

Sudanda BMT-nin helikopteri atəşə tutulub - 28 hərbçi həlak olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri Sudanın cənubunda atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet bildirib.

Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla ən azı 28 hərbçi həlak olub.

“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.

Избранный
15
5
azpolitika.info

10Источники