RU

"Fənərbaxça"da ciddi itki

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

News24.az xəbər verir ki, Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli müdafiəçi Avropa Liqası 1/8 final mərhələsinin "Reyncers"lə ilk matçında ayaq əzələsindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisi 1 aya yaxın meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm SupelLiqa təmsilçisinin heyətində 33 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib./qol


Избранный
11
3
news24.az

4Источники