RU

Tramp: Avropa Ukrayna böhranını necə həll edəcəyini bilmir

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Avropa ölkələri Ukrayna böhranını necə həll edəcəklərini bilmirlər.

Turkustan.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Trampdan niyə onun nöqteyi-nəzərindən Avropa ölkələrinin Ukraynada sülh yolu ilə nizamlanması üçün konkret variantlar təklif etmədiklərini soruşduqda Amerika lideri vurğulayıb ki, “bəzi sualların cavabı yoxdur. Onlar çox qeyri-adi vəziyyətdədirlər. Münaqişəni necə bitirəcəklərini bilmirlər. Və düşünürəm ki, mən bunu necə bitirəcəyimi bilirəm".

Tramp deyib ki, o, “Putinlə həmişə yaxşı münasibətdə olub”. "O, münaqişəyə son qoymaq istəyir" deyən Amerika lideri, Rusiya rəhbərliyinin "olması lazım olduğundan daha səxavətli olacağı" fikrini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
25
50
turkustan.az

10Источники