RU

Laçın icra hakimiyyəti tender keçirir, başçının oğlu qalib gəlir – Təsadüf, yoxsa…?

Laçın İcra Hakimiyyətinin keçirdiyi tender qalmaqala səbəb olub

Ötən gün Laçın rayon İcra Hakimiyyəti tender keçirərək nəticələrini açıqlayıb. Minval.info xəbər verir ki, tender Qayğı qəsəbəsində abadlıq işləri, yolların cari təmiri və işıqlandırma sisteminin qurulması məqsədilə keçirilib.

Layihənin ümumi dəyəri 696 min 170 manat təşkil edir və tenderin qalibi “AVTOYOLTİKİNTİSERVİS” MMC olub. Müqavilə artıq bu şirkətlə imzalanıb.

Məlumatda qeyd edilir ki, “AVTOYOLTİKİNTİSERVİS” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov, Qobustan rayonunun icra başçısı Adil Məmmədovun oğludur. İddiaya görə, Ramin Məmmədov atasının nüfuzundan istifadə edərək müxtəlif iri tenderlərin qalibi olur.

Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Adil Məmmədovun açıqlaması hələlik yoxdur. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə: tribunainfo.az

Избранный
14
minval.info

1Источники