RU

Bakıda torpaq qiymətləri buna görə BAHALAŞIB

Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı müşahidə olunur.

Ölkə.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O vurğulayıb ki, bunun ilk səbəbi ölkə əhalisinin sayının artmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır:

"Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmaz əmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünki digər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildə torpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planına əsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki, bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyata keçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativ qaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəli yeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı və həmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıx binalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmə tələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az bina inşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm də mənzillərin qiyməti bahalaşır".

Избранный
42
15
olke.az

10Источники