RU

ÜST işçilərini təqaüdə göndərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxması gözlənilən bir şəraitdə xərcləri azaltmaq məqsədilə işçilərə erkən təqaüdə çıxmağı təklif edib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı sərəncam imzalayıb.

“BMT agentliyi ABŞ prezidenti Donald Trampın təşkilatdan çıxmaq qərarından sonra xərcləri azaltmağa çalışdığı üçün ÜST bəzi işçilərdən erkən təqaüdə çıxmağı düşünməyi xahiş edib”, - nəşr yazır.

Belə ki, ÜST iyun ayına qədər yaşı 55 və yuxarı olan işçilərə dörd aylıq pensiya müavinətləri təklif edir. Təklifin könüllü olduğu, razılaşan işçilərin iyulun 15-dək ÜST-dən ayrılacağı vurğulanır. Üstəlik, təşkilatın işçiləri üçün hazırkı pensiya yaşı 60 ilə 65 arasında dəyişir.

Qurumun məlumatına görə, razılaşan işçilər üç ay təşkilatda işləməli olacaqlar, bundan sonra onlara 45 günlük istifadə olunmamış illik məzuniyyətə bərabər məbləğ ödəniləcək. Xarici işçilərə evə qayıtma xərcləri də ödəniləcək.


Mənbə: unikal.az

Избранный
7
2
unikal.az

3Источники