RU

“Qarabağ”ın UEFA-dakı reytinqi açıqlandı

UEFA Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısına yeniləmə edib. Metbuat.az-ın məlumatına görə, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var.Ümumilikdə Azərbaycan klublarının son reytinq sıralaması aşağıda qeyd edilən kimidir:67 (-1). Qarabağ” - 32.000187 (0). “Neftçi” - 8.000310 (0). “Zirə” - 4.000311 (0). “Sabah” - 4.000315 (0). “Sumqayıt” - 4.000332 (-4). “Qəbələ” - 3.000333 (-3). “Şamaxı” - 2.500Daha öncə xəbər verdiyimiz kimi, UEFA reytinqində Azərbaycan da ölkə 1 pillə geriləyib və hazırda 29-cu yerdədir.

Klub reytinqinə isə əvvəlkitək “Real” Madrid (142.000 xal) başçılıq edir.

Избранный
22
3
metbuat.az

4Источники