RU

"Ukraynalılara 1 milyard avroluq silah verəcəyik" -Teo

Belçika Kiyevi 1 milyard avro dəyərində silahla təmin etməyi öz üzərinə götürüb.

Bunu Belçikanın müdafiə naziri Teo Franken Aİ-nin Ukrayna üzrə fövqəladə sammitindən sonra VRT telekanalına müsahibəsi zamanı deyib.

O, 2024-cü ilin sonunda istismardan çıxarılaraq təhvil verilməli olan F-16 təyyarələrinin də bu paketə daxil olacağını deyib.

"Belçika kənarda qalmayacaq və 1 milyard avro dəyərində silah verəcək. 216 milyon avro da artilleriya mərmilərinin alınmasına ayrılıb. Hava hücumundan müdafiə sistemləri üçün isə 200 milyon avro ayrılıb.", - deyə Franken bildirib.

Избранный
11
1
news365.az

2Источники