RU

"Kanadalılarla iş çox çətindir" - Tramp Kanada məhsullarına böyük rüsumlar tətbiq edəcək

ABŞ yaxın vaxtlarda Kanadadan idxal olunan bir neçə mala cavab rüsumları tətbiq etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Kanadalılarla iş çox çətindir. Ottavanın ABŞ-nin süd məhsullarına tarifi 250% təşkil edir. Onlar bizə Kanadaya ağac və ya süd məhsulları göndərməyə imkan verməyəcəklər", - o bildirib.

"Bu, artıq baş verməyəcək. Onlar məhsullarının ABŞ-a göndərilməsinə görə eyni tariflə üzləşəcəklər. Biz bunu bu gün edə bilərik. Ya da bazar ertəsinə və ya çərşənbə axşamına qədər gözləyə bilərik. Lakin biz eyni şeyi edəcəyik: eyni tarifi tətbiq edəcəyik", - Tramp vurğulayıb.

Daha əvvəl Tramp qeyd edib ki, ABŞ bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək.

Избранный
15
3
azpolitika.info

4Источники