RU

Sosial təzyiq qadınları bədbəxt edir..?

...Bu yaxınlarda rusiyalı elm adamları Rusiyada nə qədər qadının özünü xoşbəxt hiss etdiyini öyrəndi. Məlum olub ki, qadınların 52 faizi öz həyatlarından razıdır. Amma demək olar ki, hər beş qadından biri çox da xoşbəxt olmadıqlarını bildirib.

SİA-nın məlumatına görə, ekspert qadınların bədbəxtliyinin əsas səbəbinin adını çəkib.

Qadınlar ailələri və işləri ilə yaxşı məşğul olsalar da, pul, sağlamlıq və yeni təcrübədən məhrumdurlar.

Rusiyalı psixoloq Anastasiya Lısakova Radio 1 ilə söhbətində qeyd edib ki, əgər qadının ehtiyacı olan hər şey varsa, o, əyləncə və yeni duyğular istəyir.

O izah edir ki, qadınlar üçün sabitlik təkcə yemək və başlarının üstündəki dam deyil, həm də istirahət və avtomobildir.

Psixoloq hesab edir ki, qadınların ailə qurması və uşaq sahibi olması ilə bağlı stereotiplər onları bədbəxt edir.

O, həmçinin deyir ki, rəqabətli cəmiyyətdə insanlar çox vaxt öz nailiyyətlərini qiymətləndirmirlər, bu da onları bədbəxt edir.

Təbii ki, bütün bu sadalananlar rus cəmiyyətinə şamil edilə bilər, nə bilim,bəlkə də...

Nazlı Almuradova

Избранный
11
sia.az

1Источники