RU

Qaraciyəri və böyrəkləri toksinlərdən tərtəmiz edən üsul

Qaraciyəri və böyrəkləri toksinlərdən

Qaraciyər və böyrəklər bədənin əsas detoks orqanlarıdır. Onların sağlamlığını qorumaq üçün sərt pəhrizlərə və bahalı detoks proqramlarına ehtiyac yoxdur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, günlük həyatınıza daxil edəcəyiniz sadə vərdişlərlə bu orqanların funksiyasını gücləndirə bilərsiniz.

Kükürdlü qidalarla qaraciyərinizi gücləndirin

Qaraciyərin effektiv işləməsi üçün kükürd birləşmələri vacibdir. Sarımsaq, soğan, brokoli, gül kələm və kələm kimi qidalar kükürd anbarıdır və detoks prosesini sürətləndirir. Xüsusilə sarımsaq immuniteti gücləndirərək qaraciyərin yükünü azaldır.

Böyrəkləri təmizləmək üçün su və təbii içkilər

Böyrəklərin sağlam qalması üçün su əsas faktordur. Toksinləri atmağa kömək edən suya limon, nanə və ya zəncəfil əlavə etməklə təsirini daha da artırmaq olar. Lakin, sağlamlıq problemləri və dərman istifadəsi zamanı bitki mənşəli içkilərlə bağlı həkim məsləhəti almaq önəmlidir.

Bitki mənşəli detoks vasitələri

Böyrəkləri təmizləyən bitkilər arasında dandelion (danqıldaq otu) və zəncəfil mühüm yer tutur. Bu bitkilər böyrək funksiyasını dəstəkləyir və iltihab əleyhinə təsir göstərir. Ancaq mövcud böyrək problemləri olan şəxslərin hər hansı bitki mənşəli əlavəni istifadə etməzdən əvvəl həkimə müraciət etməsi vacibdir.

Mineral balansına nəzarət edin

Kalium, fosfor və kalsium kimi minerallar böyrəklərin normal işləməsi üçün vacibdir. Onların balanssız şəkildə qəbulu böyrəkləri yükləyə bilər. Meyvə, tərəvəz, tam taxıl və az yağlı süd məhsulları kimi qidalar bu balansı qorumağa kömək edir.

Sadə, lakin təsirli sağlamlıq addımları

Qaraciyər və böyrək sağlamlığını qorumaq üçün bahalı detoks proqramlarına ehtiyac yoxdur. Su içmək, balanslı qidalanmaq, kükürdlü qidalar seçmək və bitki mənşəli vasitələrdən ağıllı istifadə etməklə bu həyati orqanların funksiyasını gücləndirə bilərsiniz.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
23
e-saglam.az

1Источники