RU

Paşinyan özündən əvvəlkilərin səhvlərini təkrarlayır - RƏY

İndiki şəraitdə Ermənistanın daha çox atəşkəs rejiminə əməl etməsinə ehtiyac var

Ermənistan tərəfi bir müddət fasilədən sonra yenidən təxribata əl atdı. Ölkədə revanşistlərin aktivləşməsindən sonra erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Əvvəlcə Gorus rayonu istiqamətində Ordumuzun mövqelərini atıcı silahlardan atəşə məruz qoydular. Ardınca Sədərək tərəfdə bölmələrimizə yaxın ərazidə məqsədli şəkildə güclü yanğın çıxardılar. Ermənistanın son günlərdə aşırı silahlanması da heç kimə sirr deyil. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin  iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, arasında silahların alınması ilə bağlı müqavilələr 400 milyon avrodan artıq olacağını söyləyə bilərik. Ekspertlərə görə, məhz bu sürətli silahlanma regionda sülhə əsas təhdid olmaqla yanaşı, bu cür təxribatlara da rəvac verir. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla sərhədlərimizdə atəşkəsin qismən pozulması təxribat xarakterlidir. Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyəti özündən əvvəlki erməni rəhbərlərinin səhvlərini təkrar edir: 

"İndiki şəraitdə Ermənistana hər kəsdən daha çox atəşkəs rejiminə əməl etməsinə ehtiyac var. Dünyada ciddi proseslər gedir. Rusiyanın Ukraynaya təcavüzü 4-cü ildir davam edir və bu qarşıduma Avropa-ABŞ və Avropa-Rusiya qarşıdurması formatına keçid edir. Okeanın o tayında, Kanada da bu proseslərdən kənar qalmadı. Bir zamanlar Avropa tərəfindən kənarda saxlanılan Türkiyə artıq yeni statusdadır. Bu gün Avropanın da, ABŞ-nin də Türkiyəyə ehtiyacı hər zamankından dəfələrlə çoxdur. Putinin nüvə təhdidlərinə qarşı Fransa prezidentinin analoji cavabı vəziyyətin gərgin olduğunun göstəricisidir. Bu gərginlik tezliklə sönməyəcək. Ona görə də indiki şəraitdə Ermənistanın atəşkəsi pozmaq cəhdləri onlar üçün arzuolunmaz nəticə ilə bitə bilər".

Избранный
28
sherg.az

1Источники