RU

Suriyada toqquşmalar: 50 nəfər öldü

Suriyanın Latakiya əyalətində keçmiş prezident Bəşər Əsəd tərəfdarları ilə baş verən döyüşdə dövlət təhlükəsizlik xidmətinin 50-dən çox əməkdaşı ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

“Əyalətdə baş verən toqquşmalarda hökumət qüvvələrinin 50-dən çox əməkdaşı ölüb”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün ələvilərin Suriya Dövlət Təhlükəsizlik İdarəsi əməkdaşlarına hücumu ilə toqquşmalar başlayıb. Bunun ardınca Dəməşq bölgərə ordu qüvvələri göndərib.

Əsədə bağlı olan ələvi qüvvələrin arxasında İranın dayandığı haqda məlumatlar var.

Избранный
119
32
axar.az

10Источники