Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, şahmatçımız 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.


Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.


Mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.