RU

İsrailin müdafiə naziri Suriya liderini terrorçu adlandırdı

"İsrail Suriyadan gələn istənilən təhdidlərə qarşı özünü müdafiə etməyə hazırdır, həmçinin ordumuz ölkənin cənubunun demilitarizasiyasını təmin edəcək və yerli dürziləri qoruyacaq".

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats sosial şəbəkədə paylaşımında qeyd edib.

Eyni zamanda, İsrail hərbi idarəsinin rəhbəri Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanı Latakiyadakı vəziyyətin gərginləşməsi fonunda terrorçu adlandırıb.

"Biz Suriyanın cənubunun silahsızlaşdıracağıq və təhlükələrdən kənar qalmasını təmin edəcəyik" -Katz yazıb.

İsrailin müdafiə naziri vurğulayıb ki, dürzilərə zərər verən hər kəs İsrailin cavabı ilə üzləşəcək.
Избранный
21
2
sherg.az

5Источники