RU

Suriyanın 13 ildən sonra İƏT-ə üzvlüyü bərpa edildi

Suriyanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyü 13 ildən sonra bərpa olunub. SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, belə bir qərar İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının martın 7-də Ciddədə keçirilən fövqəladə iclasında qəbul edilib. Qətnamənin qəbulundan sonra Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani iclasa dəvət olunub.

Избранный
29
2
sia.az

5Источники