RU

Azərbaycan-Pakistan strateji tərəfdaşlığına dair məsələlər müzakirə edilib

Bakı, 8 mart, AZƏRTAC

Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Fevralda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı aparılmış müzakirələrə istinadən, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

Избранный
18
7
azertag.az

9Источники