Xalq artisti Mehriban Zəki 8 Martda mərhum anası ilə bağlı sosial media hesabında paylaşım edib.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, o, anasının görüntülərini yayımlayaraq bunları yazıb:
"Bu dünyada anamdan gözəl qadın, yaxın dostum, sirdaşım yox idi. Bütün pis və yaxşı cəhətlərimlə anamdan çox sevənim yox idi. Anamdan böyük qadın yox idi bu dünyada. İndi nə qədər çağırsam da , daha "ay can, Mehi" demir. Demək istədiyim odur ki, hər bir insanın həyatında bir böyük qadın var. O anadır".
Qeyd edək ki, M.Zəkinin anası 2022-ci ildə vəfat edib.
"Cebheinfo.az"