RU

Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir, nümunədir



"Qadınlar hər zaman ölkəmizin ictimai-siyasi, sosial, humanitar həyatında, ümumiyyətlər bütün istiqamətlərdə öz bilik və bacarıqları ilə seçilib, aktiv olublar. Bu dünən də belə olub, bu gün də belədir, sabah da dəyişməz olaraq qalacaq. Çünki qadınların ölkə həyatında fəal olması dövlətin də marağındadır və onlara sonsuz diqqət-qayğı var".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Azərbaycan xanımlarını təbrik edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, günümüzdə Azərbaycan qadınları mərkəzi və yerli icra hakimiyyətləri, qanunverici orqan, bələdiyyələrdə, eyni zamanda siyasi çevrələrdə təmsil olunur, qeyd edilən sahələrdə öz fəallıqları ilə seçilirlər:

"Qadınların fəallığını şərtləndirən, onları cəmiyyətin aparıcı qüvvəsinə çevirən amillərdən biri dövlətin qadınlara olan diqqət və qayğısı, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitdirsə, digər amil Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın örnək fəaliyyətidir. Mehriban xanım Əliyeva həm dövlət adamı, həm ana, həm də xeyriyyəçi bir xanım olaraq bu gün Azərbaycan qadınları üçün örnəkdir, nümunədir. Azərbaycan qadınları bu gün dövlətin yaratmış olduğu imkanlar və Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyətindən örnək götürərək öz fəaliyyətlərini günümüzün tələblərinə uyğun şəkildə qururlar".

Arzuman Muradlı sonda, "Fürsətdən istifadə edib həm öz, həm də Milli inkişafçılar adından bütün xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıram",-deyə vurğulayıb.

Süleyman
Избранный
25
newscenter.az

1Источники