RU

Moskvadan Əsəd tələbi - İki şəhərdə qarşıdurma başladı, Türkiyə ordusu…

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalar narahatlıq doğurub. Nəticədə 70-dən çox insanın öldüyü, onlarla insanın yaralandığı və əsir götürüldüyü bildirilir.

Məlumata görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələri Əsədin ailəsinə bağlı Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəhbərini həbs ediblər. Ölkədə yaşanan silahlı qarşıdurmalar sonunda Suriya ordusunun Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olduğu qeyd edilir.

Əsəd rejiminin devrilməsindən sonra hərbi hakimiyyət keçmiş rejimə sadiq olanların silahlarını təhvil vermələri üçün barışıq mərkəzləri açıb. Lakin bəzi fraksiyalar buna əməl etməkdən imtina edib və nəticədə bir çox əyalətdə qarşıdurmalar yaranıb.

Suriyada nə baş verir? Türkiyə ordusu hazırkı vəziyyətə bölgəyə göndərilə bilərmi?

Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, ilk növbədə Suriyada qarışıqlıq salan qüvvələrin kim olduğuna baxmaq lazımdır:

“Bunun araşdırılması çox vacibdir.

Birincisi, hadisə baş verən ərazidə Rusiyanın hərbi bazası yerləşib və bu gün də orada qalmaqdadır. Sadəcə olaraq həmin hərbi bazanın müəyyən hissəsi daşınıb.

İkincisi, Bəşər Əsəddən qalma müəyyən silahlı dəstələrin qalması ehtimalı da var.

Üçüncüsü, İsrailin dəstəklədiyi silahlı druzlar həmin bölgədə yaşayır.

Dördüncüsü, PKK terror qruplaşmasının Suriyadakı tabe olmaq istəməyən qolları YPG, PYD-də var. Ola bilsin, başqa qüvvələr də olsun. Misal üçün İranın dəstəklədiyi, ya da İran tərəfindən regiona yeridilib Əsəd dövründən ərazidə qalan silahlı dəstə bu əməliyyatda iştirak etsin”.

sedreddin soltan 11
Sədrəddin Soltan

Politoloq bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei bu ilin yanvarında Suriyanı ABŞ-dan suriyalı gənclərin xilas edəcəyini demişdi:

“Daha doğrusu suriyalı gənclər və islam müqavimət hərəkatı cəbhəsi bunu edəcək. Müqavimət hərəkatları isə həm Suriyada, həm İraqda, həm Livanda, həm də Fəlsətində İran tərəfindən dəstəklənir.

O ki qaldı Türkiyənin hansı halda əməliyyatlara başlamasına, Türkiyə sərhədi yaxınlığında əməliyyat keçirilərsə, Ankara buna reaksiya verə bilər. Yaxud Türkiyənin Suriyadakı hərbi kontingentinə qarşı hər hansı hücum, ya da problem olarsa, hərəkət keçə bilər. Türkiyə ərazisinə həmin qüvvələr müdaxilələr edərsə, Ankaranın vəziyyətə açıq şəkildə müdaxilə etmək hüququ və imkanı yaranar.

Suriyanın mövcud hakimiyyətinin kifayət qədər hərbi qüvvəsi var. Belə silahlı qarşıdurmanı onlar yatıra bilərlər. Bundan başqa, bunun Əhməd əş-Şara hakimiyyəti silahlı qüvvələrinin yoxlanılma cəhdi olması da mümkündür. Yəni bununla gələcəkdə onun hakimiyyətdən hərbi yolla devrilməsinin imkanları dəyərləndirilmiş ola bilər.

Bir başqa versiya isə Rusiyanın hərbi bazasının Suriyada qalmasıdır. Belə ki, rəsmi Dəməşq hələlik buna razılıq vermir. Qarşılığında Bəşər Əsədin təhvil verilməsini istəyirlər. Ona görə də hadisəni törədən 6-cı tərəf Rusiyanın ölkədəki proksi qüvəsi ola bilər. Amma bu şərtlər daxilində Türkiyənin Suriyaya müdaxiləsi mümkün deyil”.

Turan Rzayev

Mənbə: globalinfo.az

Избранный
13
globalinfo.az

1Источники