Bakı. Trend:
Martın 6-da Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitindəqəbul edilən yenidən silahlanma planı Almaniyanın İkinci Dünyamüharibəsindən sonra qitədə ən böyük orduya sahib olmasına gətiribçıxaracaq.
Trend xəbər verirki, bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət vəSənaye Palatasında iqtisadi məsələlərlə bağlı çıxışı zamanıdeyib.
Onun sözlərinə görə, Aİ-nin bütün 27 üzvünün təsdiq etdiyi plan800 milyard avroluq paketin formalaşdırılmasını nəzərdə tutur. Bupaket Aİ ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinə,silahlı qüvvələrin modernləşdirilməsinə və hərbi sənayenininkişafına yönəlib.
"Biz İkinci Dünya müharibəsindən bəri belə bir şey görməmişik.Əsas məsələ Rusiya və ABŞ-nin buna necə reaksiya verəcəyidir", –Orban bildirib.
O əlavə edib ki, plan əsasən dövlət kreditləri hesabına həyatakeçiriləcək ki, bu da milli büdcələrin kəsirini müəyyən edilmişsəviyyədən yuxarı çıxara bilər və nəticədə Maastrixtmüqavilələrinin pozulmasına gətirib çıxara bilər.
"Bütün Aİ borc bataqlığında qala bilər. Macarıstanın əsas qanunubuna icazə vermir. Ona görə də burada hələ çox müzakirələr olacaq",– deyə Orban xəbərdarlıq edib.
Qeyd edək ki, planın maliyyə hissəsi yenidən baxılmaq üçün gerigöndərilib.