RU

Sabiq klubuna dönə bilər

Yayda “Milan”da daha bir məşqçi dəyişikliyi ola bilər.

Futbolpress.az xəbər verir ki, “La Gazzetta dello Sport”un səhifələrində yer alan məlumatlata görə, “rossonyerilər” Massimiliano Alleqrini komandaya qatmaq imkanını dəyərləndirir.

57 yaşlı Alleqrinin hazırda klubsuzdur. Massimiliano 2010-2014-cü illərdə “Milan”ı çalışdırıb. Mütəxəssis 2011-ci ildə “Milan” ilə İtaliya Superkubokunu və çempionluğu qazanıb.

Hazırda “Milan”ı Serxio Konseysao idarə edir. O, 2024-cü ilin sonunda komandaya rəhbərlik etdi və tez bir zamanda Superkuboku qazandı. Lakin sonradan “rossonyerilər” Çempionlar Liqasından kənarlaşdırıldı.

A Seriyasında “Milan” hazırda yalnız 9-cu yerdədir.

Избранный
7
futbolpress.az

1Источники