RU

Ermənilər və israillilər arasında mübahisə - Amerikalılar məsələyə qarışdı

Qüdsün “İnək bağı” adlanan erməni məhəlləsi ilə bağlı gərginlik davam edir. Ötən ilin yazında ərazinin 98 il müddətində bir İsrail şirkətinə icrayə verildiyi bildirilib. Şirkətin nümayəndələri polislərlə birlikdə əraziyə gələrək məhəlləyə gedib və sakinlərə ərazini boşaltmalı olduqlarını deyiblər.

İsrail şirkəti ilə müqaviləni Erməni Patriarxlığı imzalayıb, daha sonra ermənilər razılaşmanı birtərəfli qaydada ləğv edərək məhkəməyə müraciət ünvanlayıblar.

Qüds ermənisi Petik Kirakosyan hazırda hüquqi prosesin davam etdiyini bildirib:

“500 gündür burada qalmışıq. 2023-cü ildə israillilər polislər və itlərlə birlikdə bura gəldilər. Daha sonra mübarizə başladı. Hazırsa məhəllədə 24 saat növbətçilik edirik. Hətta ABŞ-dan hüquqşünaslar gəldilər və bizə qoşuldular, kömək etdilər. Söhbət ərazidə yerləşən 5 evdən gedir. İsrail şirkəti ilə bağlanan müqaviləyə əsasən o evlərin ərazisində dəbdəbəli otel tikmək istəyirlər. Patriarx Nurhan Manukyan isə müqavilədən xəbərsiz olduğunu bəyan edib və əvvəlki patriarxın onu imzaladığını söyləyib. Yəni hazırda Qüdsdəki ermənilərin mövcudluğu təhlükə altındadır”.

Əliyar Xəlil

Mənbə: globalinfo.az

Избранный
32
globalinfo.az

1Источники