RU

8 Martın simvolu sayılan Katyuşaya lalə hədiyyə edildi

Moskva zooparkındakı Katyuşa adlı pandaya martın 8-i üçün lalə hədiyyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə zooparkın baş direktoru Svetlana Akulova Telegram kanalında yazıb.

“Bu gün 8 martdır. Bu gün incəlik, istilik və Katyuşa ilə doludur. Katyuşa bu günün təcəssümü kimidir - cazibədar, həmişə olduğu kimi, maraqlı və çiçəklərlə əhatə olunmuşdur. Beynəlxalq Qadınlar Gününüz mübarək”, - direktor qeyd edib.

Panda ona hədiyyə edilən sarı lalələri əvvəlcə maraqla iyləyib, sonra isə dadına baxıb.

Bizim.Media

Избранный
8
bizim.media

1Источники