RU

Rövşən Əsgərov yenidən axtarışa verildi: Qiyabi həbs

Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusu üçün yenidən axtarış elan edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Rövşən Əsgərov barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, həmin şəxs sosial şəbəkələrdə Sovet İttifaqı Marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu ləkələyən yalan məlumatlar dərc edib.

Əsgərov Rusiya Federasiyasında qiyabi həbs edilib və axtarışa verilib.

Xatırladaq ki, Əsgərovun Rusiya Federasiyasına 130 min rubl borcu olduğu da bildirilib. O, Savelovski Rayon Məhkəməsi tərəfindən üç dəfə - iki dəfə 40 min rubl və bir dəfə 50 min rubl - xarici agentin nömrəsinin olmaması və xarici agent tərəfindən səlahiyyətli orqana hesabat təqdim etmədiyinə görə cərimələnib.

Избранный
17
qaziler.az

1Источники