RU

Rimas Kurtinaytis: “Layiqli qələbə qazandıq”

“Hazırda bizim üçün əsas məsələ Endərin durumudur”.

İdman.biz xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət “Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Azərbaycan Basketbol Liqasının XVII turunun “Neftçi” ilə görüşü haqda fikirlərini bildirən litvalı mütəxəssis Endər Poladxanlının zədələndiyinə görə məyus olduğunu gizlətməyib: “Çox ağır zədə aldı. Qarşıda bizi kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm”.

Baş məşqçi görüşdə layiqli qələbə qazandıqlarını da qeyd edib: “Qarşılaşmaya gəlincə oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq. Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.

Qeyd edək ki, “Sabah” “Neftçi” üzərində 105:77 hesablı qələbə qazanıb.

İdman.biz

Избранный
17
1
idman.biz

2Источники