"Santos"un formasını geyinən Neymar Avropaya qayıtmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduzun "Barselona"ya qayıtmaq istəməsi bəllidir. 33 yaşlı hücumçu Kataloniya klubuna qayıtmağı əsas hədəfi etsə də, "sambaçı" "Qalatasaray"ın radarına düşüb. "Sarı-qırmızılar" Neymara xüsusi layihə çərçivəsində ciddi təklif irəli sürməyi planlaşdırır.

Belə ki, Neymarın "Barselona"ya dönüşü bəzi səbəblərə görə (tez-tez zədələnməsi, yüksək məvacib istəməsi, klubun gəncləşmə siyasəti) baş tutmaya bilər.

Lakin "Qalatasaray" braziliyalıya komandada lider oyunçu olmağı və 2026-cı ildə keçiriləcək Dünya Kubokuna qədər formasını bərpa etməyi təklif edir.

Bundan əlavə, "Cim-Bom" cari mövsümün sonunda Osimhenin gedişində yaranacaq boşluğu Neymarla doldurmağı düşünür. 

Qeyd edək ki, Neymarın Braziliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.