RU

İsrail ordusuna “təcili döyüşə hazır ol” əmri verilib

AzVision.az xəbər verir ki, “Kap” radiostansiyasının yaydığı məlumata görə, HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun sülh planının həyata keçirilməsində maraqlı deyil,danışıqlar isə dalana dirənib.

Dünən İsrail mediası İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamirin Fələstin anklavına hücum üçün yeni planı təsdiqlədiyini bildirib. Məlumatda deryilir ki, HƏMAS-ın öz qüvvələrini yenidən qruplaşdıraraq müdafiəsini gücləndirməsi fonunda yəhudi dövləti münaqişənin genişlənməsinə hazırlaşır.

İsrail yeni hərbi əməliyyata hazırlaşır
Xatırladaq ki, İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın 19-da qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın bu hissəsi çərçivəsində 42 gün ərzində 33 girov yəhudi dövlətinə qaytarılıb.

Lakin martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və HƏMAS-ın ABŞ-nin xüsusi nümayəndəsinin anklavda atəşkəslə bağlı danışıqları davam etdirmək planından boyun qaçırması səbəbindən bütün keçid məntəqələrini bağlayıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
17
azvision.az

1Источники