"Mən "Roma"nı çalışdırarkən, Xosep Qvardiola ürəkdən oynamırdı, meydançada sanki gəzirdi. Onu özünü daha yaxşı göstərən futbolçuların əvəzinə heyətə salmaq fikrim yox idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri italiyalı məşhur məşqçi Fabio Kapello deyib.
78 yaşlı mütəxəssis "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı şəxsi keyfiyyətlərinə görə bəyənmədiyini söyləyib: "O, bir dəfə yanıma gəlib, mənə necə işləmək lazım olduğunu başa salmaq istəyirdi. Mən isə ona dedim: "Çıx get, sonra danışarıq". Onun təkəbbürlü olması mənim xoşuma gəlmir".
F.Kapello Qvardioalnın məşqçilik bacarığını yüksək qiymətləndirib: "Mən 3 futbol inqilabı yaşamışam: Kroyfun "Ayaks"ı, Sakkinin "Milan"ı və Qvardiolanın "Barselona"sı. Bunu etiraf etməliyəm. Ancaq Qvardiola "Mançester Siti"də həmişə özünü irəli verməyə çalışır. Bununla da sanki "baxın, uğurlara futbolçular yox, mən nail oluram" demək istəyir".