RU

Ermənistanda zəlzələ: Türkiyədə də hiss edilib

Ermənistanın Spitak şəhərindən 6 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə 4.6 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az bu barədə Ermənistan KİV-nə istinadən məlumat yayıb.

Qeyd olunur ki, zəlzələ Lori, Şirak, Tavuş və Araqatsotnidə hiss olunub.

Eyni zamanda, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) də məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

Избранный
20
1
dogru.az

2Источники