RU

"Komandamıza yaxşı oyunçu gətirdiyimizi hamı görəcək"

"Bizim ondan gözləntilərimiz böyükdür və bunu artıq özü də bilir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.

Yevlax təmsilçisi heyətini yeni legionerlə gücləndirib.

I Liqa təmsilçisi özbəkistanlı Behzid Xolikulovla müqavilə imzalayıb. Sözləşmə hazırkı mövsümün sonuna qədər nəzərdə tutulub.

20 yaşlı orta asiyalının son klubu ölkəsində "Soqdiana" olub.

K.Kərmov Behzid Xolikulovu təsadüfən bəyənmədiklərini söyləyib: "Onun oyunlarını izlədik və gördük ki, komandamıza yararlıdır.

Düzdür, yeni legionerimiz ilk dəfə Özbəkistandan kənarda çıxış edəcək, ancaq Azərbaycana uyğunlaşmaqda çətinlik çəkəcəyini düşünmürəm.

Gənc və həvəslidir. Yarımmüdafiənin cinahlarında yaxşı çıxış edir. Mətbuat onu müdafiəçi kimi təqdim eləyirr.

Amma Behziddən vinger olaraq istifadə edəcəyik. Özbəkistanlı oyunçumuzun səviyyəsi komandamızın gücünə güc qatacağıq.

Yaxşı oyunçu gətirdiyimizi hamı görəcək".

Избранный
5
sportinfo.az

1Источники