RU

Alimlər "təbii antibiotikləri" kəşf etdilər

Alimlər "təbii antibiotikləri"

Alimlər immun sisteminin yoluxucu xəstəliklərlə mübarizəsində mühüm rol oynaya biləcək yeni bir mexanizm kəşf ediblər. Avropa Tədqiqat Şurasının dəstəklədiyi bu araşdırma yoluxucu xəstəliklərin müalicəsində yeni üfüqlər aça bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tapıntılar "Nature" jurnalında "İnsan hüceyrələri üçün müdafiə strategiyası olaraq antibiotiklərə çevrilən zülal tullantıları" başlıqlı məqalədə dərc olunub.

Mütəxəssislər hüceyrələrin tərkibindəki proteazomların bakterial infeksiyalara qarşı müdafiədə mühüm rol oynadığını aşkar ediblər. Laboratoriya mühitində aparılan araşdırmalar göstərib ki, proteazomlar bakteriyaları aşkar edərək onların böyüməsini dayandıra bilən müdafiə mexanizmi yaradır. "Trash-minning" adlanan elmi metodun tətbiqi ilə sepsisli siçanlar üzərində aparılan təcrübələr bu prosesin effektivliyini təsdiqləyib.

Tədqiqatçılar proteazomların bakteriya öldürücü kimyəvi maddələr yarada bildiyini müəyyən ediblər. Bu, antibiotiklərə alternativ ola biləcək yeni bir strategiyanın qapısını aça bilər. Mütəxəssislər bu tapıntının antibiotiklərə davamlı mikroblarla mübarizədə yeni imkanlar yarada biləcəyini düşünürlər.

Weizmann Elm İnstitutunun alimi, professor Yifat Merbl kəşfi "bakterial infeksiyalara qarşı müdafiəni təmin edən yeni bir immunitet mexanizmi" adlandırıb. Onun sözlərinə görə, bu mexanizm bütün bədən hüceyrələrində baş verir və potensial olaraq yeni nəsil təbii antibiotiklərin yaranmasına səbəb ola bilər.

London İmperial Kollecinin professoru Daniel Davis isə araşdırmanın maraqlı olduğunu, lakin bu kəşfin həqiqi bir antibiotik mənbəyinə çevrilməsi üçün daha çox testlərə ehtiyac olduğunu bildirib. Onun fikrincə, yeni antibiotiklərin yaradılması uzunmüddətli bir proses ola bilər.

Antibiotiklərə davamlılıq (AMR) qlobal sağlamlıq üçün ciddi təhlükə olaraq qalır. Milli Audit İdarəsinin hesabatına görə, AMR hər il Böyük Britaniyada 7600 ölümə birbaşa, 35200 ölümə isə dolayı yolla səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, AMR hər il dünyada 1 milyondan çox insanın ölümünə səbəb olur.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin rəsmisi Colin Brown yanvar ayında verdiyi açıqlamada AMR-nin artan təhlükəsi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, əgər vaxtında tədbirlər görülməsə, həyat qurtaran müalicələrin əlçatanlığı azala və infeksiyalarla mübarizə qabiliyyəti zəifləyə bilər.

Bu kəşf yoluxucu xəstəliklərə qarşı yeni müalicə üsullarının inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab edilir. Gələcəkdə daha geniş tədqiqatların aparılması ilə bu təbii antibiotiklərin praktik tətbiqinə yol açılması mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
11
e-saglam.az

1Источники