RU

Dəniz Əliyeva Dünya kubokunda yeddinci olub - FOTO

Azərbaycanlı bədii gimnast Dəniz Əliyeva Bakıda keçirilən Dünya kubokunda dayaqla tullanma üzrə finalda yeddinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, göstərdiyi çıxışa görə 12.483 xal toplayıb və bu, təmsilçimizin bir müddət üçüncü yerdə qərarlaşmasına şərait yaradıb.

Lakin sonradan rəqibləri onu qabaqlayıblar. Nəticədə Əliyeva final mərhələsini yeddinci yerdə başa vurub.

Səkkizqat Olimpiya iştirakçısı Oksana Çusovitina (Özbəkistan) dayaqla tullanmada qalib olub. Tea Belak (Sloveniya) gümüş, onun komanda yoldaşı Tyaşa Kisselef isə bürünc medal qazanıblar.

İdman.biz

Избранный
27
idman.biz

1Источники