RU

İran prezidenti Pezeşkian: “Biz ciddi su böhranı yaşayırıq”

İran prezidenti Məsud Pezeşkian ölkədə su qıtlığının olduğunu bəyan edib və ehtiyatlardan qənaətlə istifadə edilmədiyi təqdirdə bu mövzuda problemlərlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Tehranda 17 milyard dollarlıq enerji investisiya layihəsinin imzalanma mərasimində çıxış edən Pezeşkian ölkənin enerji probleminə və bunun nəticəsində bir neçə ay əvvəl baş vermiş elektrik kəsintilərinə toxunub.

"Operativ Media" xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Enerji sektorunda həddindən artıq və yersiz istehlakın cəmiyyətin köklü problemlərindən biri olduğunu bildirən Pezeşkian “Həddindən artıq istehlakı idarə edərək və qarşısını alaraq enerji sektorunda qıtlıq və balanssızlıqdan yaranan problemləri həll etməliyik və bunu xalqın əməkdaşlığı və iştirakı ilə mütləq edəcəyik” deyə qeyd edib.

İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilib.

Tehranın Su İdarəsi martın 6-da verdiyi açıqlamada yay aylarında suyun kəsilməsinin qarşısını almaq üçün əhalini istehlakını 20 faiz azaltmağa çağırıb. .

Избранный
20
operativmedia.az

1Источники