RU

Öcalanın müraciəti nəticəsini verdi - kürdlərin partiyası görüşlərə başlayır

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) heyətinin martın 17-də AK Partiyaya səfər edəcəyi açıqlanıb.

News365.az xəbər verir ki, heyət həmin gün AKP ilə ittifaqdaolan MHP-yə də baş çəkəcək. DEM Partiyasının nümayəndə heyəti martın 10-da CHP-yə, 15-də isə Yeni Rifah Partiyasına səfər edəcək.

Məlumat üçün bildirək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan ötən həftə rəhbərlik etdiyi təşkilatı tərk-silah olmağa və özünü buraxmağa çağırış etmişdi. Onun bu çağırışı həbsdəki digər kürd lideri Səlahəddin Dəmirtaş tərəfindən dəstəklənmişdi.


Избранный
4
news365.az

1Источники