Portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldu öz oxşarı ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, bu hadisə dünən Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr" - "Əl-Şabab" oyunundan əvvəl yaşanıb. "Əl-Nəsr"in şərəfini qoruyan 40 yaşlı futbolçu isinmə hərəkətləri edərkən, tribunalarda Portuqaliya yığmasının formasını geyinmiş oxşarını görüb.
Həmin şəxsə yanaşan Ronaldu ona "Dostum, sən mənə oxşamırsan. Sən çox eybəcərsən!" sözlərini deyib. Azarkeş dərhal reaksiya verərək, kumirinə "Sən ən yaxşısısan!" sözlərini qışqırıb.
Qeyd edək ki, Ronaldu "Əl-Şabab"la oyunda (2:2) fərqlənərək, karyerasının 926-cı qolunu vurub.
Həmin görüntüləri təqdim edirik: