RU

Yevlaxda üzərinə hasar uçan 20 yaşlı qadın ölüb

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
29
7
heftelik.az

9Источники