RU

Kapello Ronaldoya səsləndi: “Ən yaxşı oyunçu sən deyilsən”

Məşhur italyan mütəxəssis Fabio Kapello futbol tarixinin ən yaxşı oyunçusu ilə bağlı müzakirələrə qoşularaq, öz fikrini açıqlayıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ən yaxşılar haqda danışanda, mən Lionel Messi, Pele və Dieqo Maradonanı nəzərdə tuturam”, deyə 78 yaşlı mütəxəssis vurğulayıb.

O, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının 40 yaşlı ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun futbol tarixinin ən yaxşı oyunçusu olduğunu düşünməsi fikri ilə razılaşmayıb:

“Əgər bu məqama iddia edən kimsə özünü belə adlandırırsa, onda o, öz şəxsi qiymətləndirməsi üzərindən çıxış edir və başqalarını dinləmir. Mən düşünürəm ki, o (Ronaldo – redaktorun qeydi) şişirdib”, deyə Kapello vurğulayıb.

İtalyan mütəxəssis “Real”ın keçmiş baş məşqçisi, fransal Zinəddin Zidanın “qaymaqlılar”ın sükanı arxasındakı işini də qiymətləndirib:

“O, “Real”ın çalışdırmasında öz ustalığı ilə məni təəccübləndirmişdi. O, yaxşı heyətə malik idi, amma yaxşı heyət kifayət deyil. Bunu necə idarə etməyi bacarmaq gərəkdir”.

Xatırladaq ki, Fabio Kapello özü də 1996/1997 və 2006/2007 mövsümlərində “Real”da baş məşqçi kimi çalışıb. O, “Milan”, “Roma”, “Yuventus” kimi klublarda, İngiltərə və Rusiya yığmalarında da baş məşqçi olub. Qocaman mütəxəssis 2018-ci ildən bəri işsizdir.

Избранный
26
arena.az

1Источники