RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 50 Bakı şəhəri, 25 fevral 2025-ci il

“İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli Fərmanının 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Избранный
36
xalqqazeti.az

1Источники