RU

Suriyada yollar bağlandı: Döyüşlər başladı

Suriya Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri ölkənin sahilyanı hissəsinə gedən bütün yolların bağlandığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Hökumət bu addımı Cebla şəhərində, Latakiya şəhərinin bir sıra bölgələrində və Tartus əyalətinin dağlıq ərazilərində silahlı toqquşmaların baş verməsi ilə əlaqədar atıb.

Xatırladaq ki, Suriya təhlükəsizlik qüvvələri ilə ölkənin silahlı müxalifləri arasında şiddətli döyüşlər gedir. Bununla əlaqədar hakimiyyət orqanlarının komendant saatı tətbiq etdiyi də məlumdur. Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

Избранный
9
7
news24.az

8Источники