RU

Elgiz Qəhrəmana cinayət işi açıldı

İctimai fəal Elgiz Qəhrəman “Məclis.info” işi üzrə ittiham olunur.

Heftelik.az-ın məlumatına görə, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşıb.

Elgiz Qəhrəmanın sözlərinə görə, barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1-ci (sənəd saxtalaşdırma), 320.2-ci (saxta sənədlərdən istifadə etmə) cinayət işi açılıb.

Избранный
19
2
heftelik.az

4Источники