RU

Azərbaycan ötən il xaricdən 2,7 milyon dollarlıq kivi alıb

2024-cü il əzrində Azərbaycan xarici ölkələrdən 2 milyon 749 min ABŞ dolları dəyərində 3 min 799 ton kivi idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilə müqayisədə dəyər ifadəsində 126,1 min dollar və ya 4,4%, miqdar baxımından isə 239 ton və ya 4,4% çoxdur.

2023-cü il ərzində 2 milyon 876 min dollar dəyərində 4 min 38 ton kivi idxal  edilib.

1 kq kivinin orta idxal dəyəri hesabat dövründə 1,23 manata bərabər olub ki, bu göstərici 2023-cü illə müqayisədə 0,02  manat (1,6%) artıqdır.

Məlumat üçün 2023-cü ilin nəticələrinə görə bu göstərici 1,21 manat idi.

Избранный
10
fed.az

1Источники