"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa bu mövsüm başa çatdıqdan sonra "dumanlı Albion"un top klublarından birinə keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Football Transfers” yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı fransız futbolçu yay "transfer pəncərəsi"ndə “Mançester Siti”yə keçə bilər. "Şəhərlilər" İlkay Gündoğan, Mateo Kovaçiç, Kevin de Bruyne və Bernardo Silvanın oynadığı yarımmüdafiə xəttini yayda yeniləməyi planlaşdırır.
Kamavinqanın transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
Xatırladaq ki, Eduardo Kamavinqa bu mövsüm “kral klubu”nun heyətində İspaniya çempionatında 12 oyun keçirib, 2 məhsuldar ötürmə edib və 1 sarı vərəqə ilə yadda qalıb.
Mirağa